Azərbaycanın su polosu üzrə yığması ilk qələbəsini qazanıb

media-hightechnic-468x90

14342605324891629523_750x500Bakı-2015 I Avropa Oyunları çərçivəsində su polosu yarışlarında növbəti oyunlar keçirilib.

Vaterpol Arenasında kişilər pley-off mərhələsinə start veriblərsə, qadınlar qrupda son matça çıxıblar.

Kişilərin yarışında mübarizə aparan Azərbaycan yığması yer aldığı B qrupunu sonuncu pillədə başa vurduğundan, 13-16-cı yerlər uğrunda mübarizə aparmalı idi. Komandamız D qrupunun sonuncusu Malta ilə üz-üzə gəlib. Qrupdakı bütün oyunlarda məğlub olan yığmamız ilk qələbəsini Malta üzərində qazanıb. Millimizin 13-cü yer uğrundakı rəqibi Türkiyə olacaq.

Təsnifat mərhələsində isə 4 görüş baş tutub və Rusiya, Yunanıstan, Almaniya, Serbiya 1/4 finala vəsiqə qazanıblar. Onlar növbəti mərhələdə müvafiq olaraq İspaniya, Xorvatiya, Macarıstan və İtaliya ilə qarşılaşacaqlar.

Qadınlarda isə Yunanıstan və Rusiya yer aldıqları qrupu lider kimi tamamlayaraq, yarımfinala adlayıblar. Qrupların ikinciləri və üçüncüləri isə öz aralarında pley-off keçirəcək və qalib iki komanda yarımfinala vəsiqə əldə edəcək.

Su polosu, kişilər
16 iyun

13-16-cı yerlər uğrunda
Ukrayna – Türkiyə – 9:11
Azərbaycan – Malta – 8:7

Təsnifat mərhələsi
Rusiya – Monteneqro – 11:8
Yunanıstan – Fransa – 16:7
Almaniya – Slovakiya – 13:7
Serbiya – Rumıniya – 8:2

Qadınlar

A qrupu
Yunanıstan – İsrail – 19:4
Almaniya – Hollandiya – 4:16
Macarıstan – Böyük Britaniya 16:4

B qrupu
Slovakiya – İtaliya – 7:18
Rusiya – Serbiya – 28:3
İspaniya – Fransa 20:5(APA).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600