“Azərbaycanın TANAP-la bağlı strateji məqsədi heç də bütün Avropanı “isitmək” deyil…”

media-hightechnic-468x90

104419“TANAP Azərbaycanın Xəzər dənizi hissəsindəki “Şahdəniz” yatağından ikinci mərhələ üzrə çıxarılacaq qazın Avropaya çatdırılması üçün Türkiyənin Şərq hissəsindən – Gürcüstanla birləşən ərazisindən Qərb hissəsinə – Yunanıstanla sərhədlərinə qədər tranziti həyata keçirəcək. Adı çəkilən layihə “Şahdəniz” qazını Avropa bazarına çıxaracaq müvafiq boru kəmərlərinin “gövdəsi” sayılır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Ekspert bildirir ki, TANAP layihəsi “Cənub” qaz dəhlizinin ən önəmli hissəsidir ki, “Cənub” qaz dəhlizi isə 4 hissədən ibarətdir: “Şahdəniz” yatağı, Cənubi Qafqaz qaz kəməri, TANAP və Trans-Adriatik qaz kəmərini Trans-Adriatik Pipeline (TAP).

“Yeri gəlmişkən, TANAP-la bağlı ilkin sənədlər paketi 2012-ci il iyunun 26-da Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin o vaxtki Baş naziri, indiki Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında İstanbulda imzalanmışdır. Bu ilin mart ayının 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə Trans-Anadolu qaz kəmərinin (Trans-Anadolu Pipeline, TANAP) təməlinin qoyulması ilə tikintisinə artıq, başlanılıb”.

Pərviz Heydərov qeyd edir ki, TANAP vaxtaşırı olaraq gah rentabelsiz, gah da bahalı layihə kimi dəyəndirilirib.

“Məsələn, Rusiya mütəxəssisləri Azərbaycan qazının Avropa üçün kifayət etməyəcəyini söyləyirlər. Düzdür, Azərbaycanın Avropanın tələbatını ödəyə biləcək qədər qazı yoxdur, hətta həmin tələbatla müqayisədə olduqca az ehtiyatları vardır. 2020-ci ildə sözügedən kəmərlərlə nəql olunacaq qazın həcmi ildə 16, 2023-cü ildə 23, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq ki, ilk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyardı Avropaya, 6 milyardı isə Türkiyəyə satılacaq. Avropanın tələbatı isə təxminən, 500 milyard kubmetrdən çox ölçülür. Ancaq, Azərbaycanın strateji məqsədi heç də bütün Avropanı “isitmək” deyil. Sadəcə olaraq, bazarda potensial enerji daşıyıcıları sırasında mövqe qazanmaqdır”.

“Digər tərəfdən, məsələn, bilavasitə Türkiyə TANAP layihəsində Azərbaycandan daha maraqlıdır. Belə ki, sözügedən layihə Bakının təşəbbüsü ilə ortaya atılsa da Ankara üçün əslində, daha çox lazımdır. Çünki Türkiyə təkcə tranzit deyil, həm də istehlakçı ölkədir və onun özünün də qaz idxalı sahəsində diversifikasiyaya ehtiyacı var. Odur ki, məhz Türkiyənin öz iqtisadi maraqları nöqteyi-nəzərdən tutduğu mövqe nəticəsində TANAP-ın tikintisi gerçəkləşməli oldu. Çünki Türkiyə də daxil Avropanın qaza durmadan artmaqda olan tələbatını ödəmək baxımından vəziyyət olduqca mürəkkəb xarakter daşıyır. Və potensial ixracçıların sayı az olduğundan əslində, onların uğrunda idxalçı tərəflər arasında ciddi mübarizə gedir. Real olaraq isə elə rəqabət şəraiti yaranıb ki, alıcılar diversifikasiya imkanları barədə qazın həcmindən daha çox düşünməkdədirlər. Yəni, həcm məsələsi Avropa üçün hazırda ikinci dərəcəli məsələdir. Bütün bu deyilənlər baxımından, ümumi uzunluğu 1850 kilometr, dəyəri 11,8 milyard ABŞ dolları, illik buraxılış gücü ilkin olaraq 16, sonra 24 və 2025-2026-cı illərdə isə 31 milyard kubmetrə çatdırılacaq – səhmdarları 58 faiz payla “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC), 30 faizlə Türkiyənin BOTAŞ, 12 faizlə isə Bp şirkəti olan TANAP-ın tikilib istifadəyə verilməsi hələ daha bir neçə ideyalar və yeni planlar ortaya çıxaracaq. TANAP Bakı-Tbilisi-Ceyhandan sonra regionda ən mühüm, böyük və rentabelli layihə olacaq. Çünki onun bir başında zəngin qaz resursları olan böyük bir regiona çıxış dayanırsa, digər ucunda – Qərb başında isə hər gün bir az da inkişaf edən və genişlənən tələbləri olan bazarlar şəbəkəsi durur”-deyə iqtisadçı ekspert sözlərinə əlavə edib.

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600