"Z nəsli" sinifdə qaldı: Yaşlılar şifrə seçimində daha yaradıcıdırlar - HESABAT

media-hightechnic-468x90

Təhlükəsizlik vərdişləri ilə bağlı yeni bir araşdırmaya görə, “Z nəsli” şifrə seçimlərində yaşlı nəsillərdən daha zəifdir.

Yenicag.az xəbər verir ki, şifrə meneceri “NordPass”in araşdırmasına görə, 1997-ci ildən sonra doğulanlar arasında ən populyar parol “12345” olub, ardınca digər ardıcıl rəqəm kombinasiyaları gəlir.

“Parol” sözü beşinci yerdə, “skibidi” isə yeddinci ən populyar seçimdir.

1946–1964-cü illərdə doğulan “Baby Boomers” nəsli üçün ən populyar parol bir qədər daha təhlükəsiz olan “123456” olub və bu, eyni zamanda, “Y” və “X” nəsillərinin də siyahısında birinci yerdədir.

“İnternetdəki gənc nəsillərin rəqəmsal yerlilər olduğunu; onlayn dünyada böyüdükləri üçün kibertəhlükəsizlik və risklər barədə doğuşdan anlayışa sahib olduqlarını güman edirik. Lakin araşdırmamız bu yanlış təsəvvürü təkzib edir”, – hesabatın müəllifləri qeyd eidblər.

İllərlə aparılan maarifləndirmə kampaniyalarına baxmayaraq, məlumatlar güclü parol seçimi və təhlükəsizlik vərdişlərində geniş miqyasda çox az irəliləyiş olduğunu göstərir.

Nəticələr şifrə meneceri “Bitwarden”in Avstraliya, Fransa, Almaniya, Yaponiya, Böyük Britaniya və ABŞ-da minlərlə işləyən yetkinlə keçirdiyi sorğunun nəticələri ilə üst-üstə düşür.

“Z nəsli” iştirakçılarının 72%-i eyni giriş məlumatlarını bir neçə platformada təkrar istifadə etdiyini bildirib və bu, ən yüksək “parol yorğunluğu” göstəricisi olub. Müqayisə üçün, “Baby Boomers” nəsli iştirakçılarının yalnız 42%-i eyni parolu təkrar istifadə etdiyini etiraf edib.

Araşdırma göstərib ki, zəif parol vərdişlərinə baxmayaraq, “Z nəsli” keçid açarları, biometrik üsullar və iki faktorlu identifikasiya kimi daha müasir təhlükəsizlik tədbirlərindən istifadə etməyə daha meyllidir.

“Google”ın iyunda dərc etdiyi fırıldaqçılıq hesabatı isə “X” və “Baby Boomers” nəsillərinin əsas giriş üsulu kimi parollardan istifadə etmə ehtimalının əhəmiyyətli dərəcədə yüksək olduğunu ortaya qoyub.

“Google”ın məxfilik, təhlükəsizlik və mühafizədən məsul vitse-prezidenti Evan Kostovinos belə deyib:

“Rəqəmsal yerlilər olan “Z nəsli2 istifadəçiləri, parollar kimi köhnəlmiş təhlükəsizlik normalarını kənara qoyaraq daha inkişaf etmiş identifikasiya vasitələrinə üstünlük verirlər”.

Parolları mütəmadi yeniləməmək ilk baxışda zəif təhlükəsizlik tədbiri kimi görünsə də, həm daha təhlükəsiz, həm də istifadəsi daha rahat olan müasir giriş üsullarına yönəlmək müsbət haldır.

Parollar kimi köhnə üsulların idarəsi yalnız yorucu deyil, həm də fişinq hücumlarına daha həssasdır və çox vaxt məlumat sızıntıları vasitəsilə ifşa olunur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa