İlahə Səfərzadə: “Müasir dövrdə ədəbiyyatın təməlini ona qoyulan sərmayə təşkil edir”

media-hightechnic-468x90

“Ümid edirəm ki, xanım deputatın bu çağırışı ədəbiyyat və mədəniyyət sahəsinə diqqəti daha da artıracaq”.

Bu fikirləri deputat Elnarə Akimovanın Milli Məclisdə çıxışı zamanı kitaba, ədəbiyyata sərmayə qoyulması barədə səsləndirdiyi fikirlərə münasibət bildirən yazıçı İlahə Səfərzadə Yenicag.az-a açıqlamasında deyib.

Yazıçı qeyd edib ki, müasir dövrdə ədəbiyyatın təməlini ona qoyulan sərmayə təşkil edir:

“Xaricdə ədəbiyyatın inkişaf meyillərinə baxdığımız zaman Azərbaycandakından çox daha fərqli məqamlarla qarşılaşırıq. Müstəqil nəşriyyat sisteminin olması, əsərlərin yayımlanmadan öncə professional şərhçilərin baxışından keçməsi və s. bu kimi məsələlər ədəbi mətnin oxucuya yüksək səviyyədə çatmasını təmin edir. Həmçinin qonorar sisteminin olması yazıçının statusunun qorunmasına böyük töhfə verir. Ölkəmizdə isə vəziyyət başqa cürdür. Bu sahəyə diqqət ayrılması, xüsusilə nəşriyyatlarla bağlı məsələnin qlobal bazara uyğunlaşdırılması vacibdir”.

İlahə Səfərzadənin sözlərinə görə, Elnarə Akimovanın müvafiq təklifi hər kəs tərəfindən dəstəklənməlidir:

“Elnarə Akimova ədəbiyyatın təbliğat xüsusiyyətinə diqqət çəkib və bundan maksimum yararlanmağa çağırış edib. Həmçinin onun kitab siyasətinə xüsusi diqqətlə yanaşılmasını qeyd etməsi, ədəbiyyata sərmayə qoyulmasının vacibliyini vurğulaması – özü də Azərbaycanın ən yüksək tribunasından – məndə ümid yaradır ki, ədəbiyyat və mədəniyyət sahəsindəki mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi işlər görüləcək”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa