Dünya mətbuatının ürəyi Bakıda DÖYÜNÜR: "Azərbaycanın media sahəsində beynəlxalq tədbirlərə ev sahibliyi etməsi..."

media-hightechnic-468x90

“Forum həm informasiya təhlükəsizliyinin təmin olunması, həm də Azərbaycan mediasının beynəlxalq media məkanında mövqelərinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir”.

Bu fikirləri Bakıda keçirilən D-8 Media Forumunun strateji önəmi barədə danışan “Pozan Media” MMC-nin rəhbəri Niyaz Niftiyev Yenicag.az-a açıqlamasında səsləndirib.

N.Niftiyev bildirib ki, Forumun Bakıda keçirilməsini Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı daxilində artan nüfuzunun göstəricisi kimi qiymətləndirmək olar:

“Azərbaycan ötən müddət ərzində D-8 çərçivəsində QHT-lərin görüşünə, iqlim və şəhərsalma ilə bağlı yüksək səviyyəli dialoq təşəbbüslərinə dəstək verib.

Prezident İlham Əliyevin Foruma ünvanlanan müraciətində isə ən çox diqqətçəkən məqam müasir informasiya mühitində artan dezinformasiya, “deepfake”lər, süni intellektdən sui-istifadə və hibrid təhdidlərin ölkələrin imicinə göstərdiyi mənfi təsirlərdir. Bildiyiniz kimi, artan informasiya resursları fonunda nəzarət imkanları xeyli zəifləyib. Bu səbəbdən D-8 Media Forumunun əsas məqsədlərindən biri də məhz üzv ölkələrin media qurumları arasında etibara əsaslanan əməkdaşlığın qurulması və obyektiv informasiya axınının təşviqi olmalıdır.

Ümid edirik ki, proses məhz bu istiqamətdə davam edəcək. Əslində, regionumuz, xüsusən də ölkəmiz üçün informasiya təhdiləri İƏT üzv ölkələrdən deyil, daha çox qərb və onun ayrı-ayrı dövlətlərdəki media resusrları tərəfindən mövcuddur. Amma bu kimi hallara qarşı da D-8 şəbəkəsi çərçivəsində qüvvələri birləşdirmək ancaq faydalı ola bilər.

Azərbaycanın media sahəsində beynəlxalq tədbirlərə ev sahibliyi etməsi media savadlılığının inkişafı nöqteyi-nəzərindən də müsbət dəyərləndirilməlidir. Bu platforma vasitəsilə jurnalistlərimizin D-8 şəbəkəsi ilə birbaşa təmas qurmasına, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarını genişləndirməsinə, təcrübə və informasiya mübadiləsinə stimul verilə bilər.

Ümumilikdə isə forum həm informasiya təhlükəsizliyinin təmin olunması, həm də Azərbaycan mediasının beynəlxalq media məkanında mövqelərinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa