21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Yenicag.az-ın məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna ilə üz-üzə gəlib.
“Qarabağ Arena”da baş tutan qarşılaşma qonaqların qələbəsi ilə bitib – 3:0. Bu nəticədən sonra F qrupunda xallarının sayını 18-ə çatdıran Ukrayna liderdir. Azərbaycan millisi 3 xalla sonuncu pillədə qərarlaşıb.
U-21 martın 22-də İngiltərəyə 1:5 hesabı ilə uduzub./Report/
www.yenicag.az