!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanın üç klubunun Konfrans Liqasındakı rəqibləri bəlli oldu

!Reklam – Yazi

Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan klublarının da mümkün rəqibləri bəlli olub.

“Sabah”la Hayfa “Makkabi”sinin cütünun qalibi növbəti mərhələdə “Sent Patriks” (İrlandiya) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək. Bakı klubu israilliləri keçsə, növbəti raundda ilk oyunu səfərdə oynayacaq.

“Zirə”nin “Dunayska Ştreda” ilə mübarizəsində sevinəcək tərəf “Osiyek” (Xorvatiya) – “Levadiya” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq. Zirəlilər tur adlasalar, növbəti raundda ilk matçı səfərdə oynayacaqlar.

“Sumqayıt”ın “Fehervar”la mübarizəsində qalib gələcək komanda “Omoniya” (Kipr) – “Torpedo” (Gürcüstan) cütünün qalibi ilə görüşəcək. Sumqayıtlılar Macarıstan klubunu keçə bilsələr, III təsnifat mərhələsinə səfərdə start verəcəklər.

Qeyd edək ki, üçüncü raundun matçları avqustun 8-də və 15-də keçiriləcək.

11:32

Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

Oxu.Az xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Azərbaycanın üç klubunun mümkün rəqibləri bəlli olacaq.

Püşkatma zamanı “Sabah” – “Makkabi” cütü səpələnmişlərdə olacaq. “Sumqayıt” – “Fehervar” və “Zirə” – “Dunayska Ştreda” cütləri isə səpələnməmişlər sırasında yer alacaq.

Xatırladaq ki, tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək.

Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.

COP29

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv