Azərbaycanın voleybol yığmaları növbəti oyunlarına çıxdı
Azərbaycanın voleybol yığmaları növbəti oyunlarına çıxıblar.
Yenicag.az xəbər verir ki, qadınlardan ibarət milli Qızıl Avropa Liqasında Xorvatiya ilə qarşılaşıb.
Zadar şəhərində keçirilən matç rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komanda daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqroya 1:3 hesabı ilə məğlub olub.
Kişilərdən ibarət yığma isə Gümüş Avropa Liqasında Lüksemburqa 0:3 hesabı ilə uduzub. Daha öncə İsveçə 0:3 hesabı ilə məğlub olan milli Gürcüstan seçməsini üstələyib – 3:0.