Azərbaycanın yeni STATUSU: "Yalnız enerji ixracatçısı deyil, həm də təhlükəsizlik qarantıdır"

media-hightechnic-468x90

“Artıq Azərbaycan yalnız enerji ixracatçısı deyil, regional təhlükəsizliyin və sabitliyin əsas təminatçılarından biri kimi qəbul olunur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

media-download-33

Politoloq Prezident İlham Əliyevin aktiv və praqmatik xarici siyasəti fonunda Azərbaycanın beynəlxalq nüfuzunun artması, regional və qlobal proseslərdə etibarlı aktora çevrilməsi barədə fikirlərini bölüşüb:

“Prezident İlham Əliyevin müxtəlif ölkələrin liderləri ilə keçirdiyi görüşlər Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində artan çəkisinin və formalaşmış etibarlı tərəfdaş imicinin bariz göstəricisidir. Bu təmaslar protokol xatirinə deyil, konkret nəticələrə hesablanmış strateji dialoqlardır. Son dövrlər müşahidə olunan intensiv diplomatik fəallıq göstərir ki, Bakı artıq regional proseslərin obyektindən subyektinə çevrilib.

Xüsusilə postmünaqişə mərhələsində Azərbaycanın nümayiş etdirdiyi konstruktiv mövqe, sülh təşəbbüsləri və iqtisadi əməkdaşlığa açıq siyasət ölkəmizə qarşı marağı əhəmiyyətli dərəcədə artırıb. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və yeni geosiyasi balanslar fonunda Azərbaycan etibarlı körpü rolunu oynayır”.

T. İsmayılov bildirib ki, tərəfdaş ölkələr rəsmi Bakı ilə uzunmüddətli əməkdaşlıqda maraqlıdır:

“Bu processeslərin ən mühüm nəticələrindən biri Azərbaycanın beynəlxalq nüfuzunun sistemli şəkildə yüksəlməsidir. İlham Əliyevin praqmatik, çoxvektorlu və milli maraqlara söykənən xarici siyasət xətti ölkəyə həm siyasi dividendlər, həm də iqtisadi üstünlüklər qazandırır. Artıq Azərbaycan yalnız enerji ixracatçısı deyil, regional təhlükəsizliyin və sabitliyin əsas təminatçılarından biri kimi qəbul olunur.

Ümumilikdə, dövlət başçısının liderlərlə apardığı yüksək səviyyəli dialoq göstərir ki, Azərbaycan qlobal qeyri-müəyyənliklər fonunda belə müstəqil qərar verən, balanslı siyasət yürüdən ölkədir. Bu isə yaxın perspektivdə mövqelərimizin daha da güclənəcəyini deməyə ciddi əsas yaradır”.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05