Gənc aktrisa Mila Əminənin burnunü əziblər. Tədbirlərin birində başına xoşagəlməz hadisə gələn aktrisanın hazırda müalicə olunduğu deyilir.
Yeniçağ.az-a açıqlama verən aktrisa xəbəri təsdiqləyib:
“Tədbirlərin birində təsadüfən operatorlardan birinin kamerası burnuma dəydi. Mən arxada dayandığım üçün o məni görməmişdi, qəfildən çevriləndə burnum əzildi. Hazırda müalicə olunuram”.
Qeyd edək ki, Mila Əminə yenicə burun əməliyyatı keçirib.
Cəvahir
Yeniçağ.az