ATV-nin aparıcısı Nərgiz Vahabqızı Türkiyəyə yollanıb.
Yenicag.az Axşam.az-a istinadən xəbər verir ki, fotolarını sosial şəbəkədə paylaşan aparıcının qolundakı tatu diqqət çəkib.
Əməkdaşımızla söhbətində N.Vahabqızı onun xına olduğunu bildirib:
“Döymə etdirmərəm. Atam görsə, məni öldürər. İcazə vermir. Bunu da xına ilə ediblər, müvəqqətidir”.
Aparıcı yeni başlayan yay istirahətinin 1 ay davam edəcəyini bildirib:
“Bodrumda dincəldim, daha sonra Antalyaya getdim. Bir az burada qaldıqdan sonra Avropa səyahətinə çıxacam”.
www.yenicag.az