"Azərbaycanlı əsirləri dəyişməyə hazırıq" - Paşinyan

media-hightechnic-468x90

“Ermənistanda saxlanılan azərbaycanlı əsirləri dəyişməyə hazırıq”.

Yenicag.az xəbər verir ki, bunu noyabrın 24-də Ermənistanın baş naziri Nikol Paşinyan canlı yayımda vətəndaşların videosuallarını cavablandırarkən deyib.

O, İrəvanın “hamını-hamıya” prinsipi əsasında Ermənistanda məhkum olunmuş Azərbaycan vətəndaşlarını erməni əsirləri ilə mübadilə etməyə hazır olduğunu bəyan edib.

“Biz əsirlərin qaytarılması üçün Azərbaycanla işə başlamağa hazır olduğumuzu bildirdik. Danışıqlar bu problemi həll etməyin yollarından biridir. Eyni zamanda, biz məsələyə müstəsna humanitar xarakter verərək, Ermənistanda məhkum olunmuş azərbaycanlıları məhbuslarımıza dəyişdirərək, “hamını-hamıya” prinsipi əsasında Azərbaycana köndərməyə hazır olduğumuzu bildirmişik”, – Paşinyan bildirib.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600