Reklam: High Technic
hightechnic

Azərbaycanlı futbolçu Kiprdə daha bir qol vurdu - VİDEO

Reklam: High Technic

Futbol üzrə Kipr çempionatında 27-ci turun oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Onun komandası səfərdə AEK-lə qarşılaşıb və 2:2 hesablı heç-heçəyə razılaşıb.

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib. Matçda hesabı da məhz Abdullayev açıb. O, 32-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Geridə qalan turlarda 57 xal toplamış Famaqusta təmsilçisi hazırda çempionluq uğrunda mübarizə aparan “ilk altılıq”da üçüncü pillədə qərarlaşıb.

www.yenicag.az

4157