UNEC Biznes Məktəbi MBA proqramının 2-ci kurs tələbəsi, SOCAR Baş Ofisinin İnsan Resursları Departamentinin kadrlar üzrə mütəxəssisi Nəzrin Hüseynzadənin Türkiyədə nəşr olunan “İnsan Resurslarının Marketinqi” kitabı Rakuten Kobo, İdefix, Apple Books, Google Play Books, Barnes & Noble, Scribd, D&R daxil olmaqla 50-dən artıq nüfuzlu beynəlxalq satış platformalarında yayınlanıb.
Kitabın rəyçiləri Mediasiya Şurası İdarə Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru, dosent, biznes mentor, işgüzar inkişaf yazarı Nadir Adilov, peşəkar menecer, biznes təlimçi və konsultant Anar Bayramov, Ukrayna İnsan Resursları Peşəkarları Assosiasiyasının Müşahidə Şurasının sədri, SHRM CP & SCP – nin Ukrayna, Belarus, Latviya, Litva, Estoniya və Polşa üzrə rəsmi nümayəndəsi Kateryna Kovalevska və başqalarıdır. Kitab bir sıra beynəlxalq təşkilatlar, biznes qurumları tərəfindən tövsiyyə olunub. Kitabın satışından əldə olunacaq gəlir “YAŞAT” Fonduna ianə ediləcək.
Satışdan əldə olunan gəlir “YAŞAT” Fonduna ianə ediləcək.
https://www.kobo.com/ww/en/ebook/nsan-resurslarnn-marketinqi
https://books.apple.com/book/id1610371546
https://play.google.com/store/books/details/N%C9%99zrin_H%C3%BCseynzad%C9%99_%C4%B0nsan_Resurslar%C4%B1n%C4%B1n_Marketinqi?id=tJpfEAAAQBAJ
https://www.scribd.com/book/559355119/%C4%B0nsan-Resurslar%C4%B1n%C4%B1n-Marketinqi
www.yenicag.az