Azərbaycanlı heyət İranda: Mühüm iclas başladı

media-hightechnic-468x90

“Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi üzrə yaradılan Azərbaycan-İran Müştərək Texniki Komissiyasının iclası başlayıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti toplantıda iştirak etmək üçün İranda səfərdədir.

Nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli Naxçıvan Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev və digər rəsmi şəxslər daxildir.

İclasda “Ordubad” və “Marazad” su elektrik stansiyaları, o cümlədən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması üçün atılacaq növbəti addımlar müzakirə olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600