Reklam

Reklam

100768İdmanın güləş növü üzrə üç dəfə Avropa və üç dəfə Dünya kubokunun sahibi salyanlı pəhləvan-güləşçi Vüsal Cavadlı daha bir ilkə imza atıb.

O, Qafqaz Dünya Rekordlar Federasiyanın prezidenti Etibar Budaqlının iştirakı ilə Dünya rekordlar kitabına düşmək üçün Salyan Olimpiya İdman Kompleksində xüsusi nömrə göstərib. Ayaqları bağlı vəziyyətdə başıaşağı sallanan Vüsal Cavadlı əllərində hər birinin çəkisi 24 kiloqram, dişində isə 32 kiloqram olan çəki daşlarını 16 saniyə saxlayıb. Bununla da Vüsal Cavadlının adı Dünya rekordlar kitabına düşüb. O, bu ada layiq görülən ilk azərbaycanlıdır.

O, gələcəkdə adını Ginnesin rekordlar kitabına da yazdırmaq niyyətindədir(azərtac).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 50
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.