Azərbaycanlı iş adamının villasında meyit tapıldı - VİDEO

media-hightechnic-468x90

Türkiyədə azərbaycanlı iş adamının bağ evində bağban işləyən şəxs quyuya düşərək ölüb.

İstanbulun Sarıyer rayonunda Azərbaycanlı iş adamının malikanəsində bağban kimi çalışmış 57 yaşlı Rəcəb Çelikerin cəsədi su quyusundan tapılıb.

Noyabr ayının 9-dan itkin düşən Rəcəb Çelikerin cəsədi Azərbaycanlı iş adamın bağının quyusunda tapılıb. Cəsəd orada çalışan mühafizəçi tərəfindən aşkarlanıb. Hadisə yerinə həmçinin Çelikerin həyat yoldaşı və yaxınları gəlib və onlar gözyaşlarına hakim ola bilməyiblər.

Dərhal hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Xilasetmə əməkdaşlarının səyi nəticəsində cəsəd quyudan çıxarılaraq, morqa göndərilib.

Qeyd edək ki, malikanə Azərbaycanlı iş adamına məxsus olduğu deyilsədə, adı açıqlanmır./Unikal.org/

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600