Azərbaycanlı jurnalist mükafatlandırıldı-Fotolar

media-hightechnic-468x90

vghtytttunjhjƏməkdar jurnalist, Qızıl Qələm mükafatı laureatı, yazıçı-publisist, “Respublika” qəzetinin şöbə müdiri Qədir Aslan Ukrayna ilə Azərbaycan arasındakı dostluq əlaqələrinin inkişafına və milli diasporumuzun səmərəli fəaliyyətinə həsr etdiyi çoxsaylı məqalə və oçerklərinə görə “Qızıl Fortuna” Beynəlxalq Reytinq Akademiyasının 2-ci dərəcəli Əmək Ordeninə layiq görülüb.  

Bu barədə Ukrayna Azərbaycanlı Gənclər Birliyindən məlumat verilib.   

Məlumatda qeyd olunur ki, bu münasibətlə akademiyanın rəhbərliyi 70 yaşlı azərbaycanlı jurnalistə xoş və səmimi təbriklərini ünvanlayıb, ona Azərbaycan və Ukrayna dostluğunun tərənnüm olunması naminə yorulmaz yaradıcılıq fəaliyyəti arzulayıb.  

Ukrayna Millətlər Assambleyası və Ukrayna Azərbaycanlıları Konqresi isə Qədir Aslanın zəngin və səmərəli yaradıcılıq fəaliyyətini ən alı mükafatları olan “Qızıl Buta“ ilə dəyərləndiriblər. Bu təşkilatlar adından yubilyara ünvanlanan təbrik məktubunda Qədir Aslanın Ukrayna Azərbaycanlıları Konqresinin inkişafındakı xidmətləri, dost ölkədə vətənimiz naminə həyata keçirilən çoxsaylı tədbirlərin işıqlandırılması sahəsində səmərəli fəaliyyəti, xüsusən, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan diaspor strategiyasının təbliğ olunmasında göstərdiyi əsl ziyalı fədakarlığı minnətdarlıq hissi ilə qeyd edilib.  

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin kollektivi də öz növbəsində onlara qələmi və yaradıcılıq imkanları ilə mənəvi dayaq olmuş Qədir Aslanı Ukrayna Gənclər Assambleyası ilə birgə təsis edilmiş “Qızıl Pero“ nominasiyası ilə mükafatlandırıb(ans).

 

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600