Azərbaycanlı jurnalistlər İstanbulda Qarabağ ktab sərgisi təşkil etdi

media-hightechnic-468x90

10985484_10205049389267156_8220101044741161963_nİstanbulda Xocalı ilə bağlı tədbirlər davam edir. Bu gün Türkiyənin İnsani Yardım Vəqfinin yardımı ilə “The Green Park Hotel Merter”də Qarabağla bağlı kitab sərgisi keçirilib. Sərginin təşəbbüsçüsü Yenicag.az internet qəzetinin baş redaktoru Aqil Ələsgərin sözlərinə görə, “bu işdə İHH bizə yardımçı oldu. Azərbaycandan Qarabağ və Xocalı ilə bağlı apardığımız kitab və disklərlə yanaşı İHH-nın Xocalının 23-cü il dönümünə həsr olunan Xüsusi Buraxılışı” da təqdim olundu”.

20150221_095226Qarabağla bağlı kitablara ciddi marağın olduğunu qeyd edən Aqil Ələsgərin sözlərinə görə, “Biz Qazaxıstanda başladığımız “Qarabağ” sərgisini ötən il  İnegöldəki Türk Şölənində də keçirmişdik. Gələcəkdə daha geniş şəkildə bu sərgini keçirmək planlarımız var. Bu il sərginin keçirilməsində İHH başqanı Bülent Yıldırım, İHH-nın qurucu üzvlərindən Hüseyin Büyükfırat və İHH Araşdırma Mərkəzi başqanı Ahmet Emin Dağın böyük yardımları oldu”.

A.Ələsgər qeyd edib ki, bu dəfəki kitab sərgisinin keçirilməsində Avropa.info saytının baş redaktoru Ruslan Bəşirlinin də xidmətləri olub.

20150221_101115Sərgidə Azərbaycanın İstanbul konsulu Kənan Murtuzov da iştirak edib.

20150221_094829

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600