Azərbaycanlı karateçi bürünc medal qazandı-Foto
Azərbaycanın 67 kq çəkidə karate yığmasının üzvü Niyazi Əliyev bürünc medal qazanıb.
O, bürünc medal uğrunda görüşdə almaniyalı Rikardo Gieglerlə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.
Niyazi Əliyev yarışa gürcüstanlı İrakli Tkebuçava ilə start verib. İlk qarşılaşmasını 2:0 hesabı ilə aktivinə yazan həmyerlimiz ardınca Stevan Da Kostanı (Fransa) 3:1, ispaniyalı Manuel Rosero Ruis 2:0 hesabı ilə məğlub edib.
O, yarımfinalda digər qrupun ikincisi Burak Uyğurla (Türkiyə) görüşdə 1:4 məğlub olub.