Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu
Ukraynanın ərazi bütövlüyü və azadlığı uğrunda döyüşən daha bir soydaşımız həlak olub.
Yenicag.az musavat.com-a istinadən xəbər verir ki, 30 yaşının tamam olmasına cəmi iki həftə qalmış həlak olan döyüşçü Şofel Faiq Faiq oğludur.
Məlumata görə, onun atası əslən Şirvan şəhərindəndir, anası isə Ukrayna kökənlidir. Faiq kişi 20 il əvvəl dünyasını dəyişib. Faiq anasının soyadını (Şofel) götürüb. O, son illərdə Ukrayna ordusunun hücum-desant bölmələrində kəşfiyyatçı kimi xidmət edib və bir çox əməliyyatlarda iştirak edib.
O, 12 oktyabr tarixində həyata keçirilən döyüş tapşırığı zamanı həlak olub. Döyüş yoldaşları onun yüksək peşəkarlığından, qorxmazlığından və Ukraynaya olduğu kimi Azərbaycana da sadiqliyindən danışıblar.
Məlumatı Musavat.com-a Odessada yaşayan jurnalist Anar Natiqoğlu verib. Onun sözlərinə görə, 16 oktyabr səhər saat 10:00-da qəhrəman döyüşçü ilə vida mərasimi Odessadakı “Zabitlər evi”ndə keçiriləcək. Daha sonra dəfn mərasimi şəhər kənarındakı müsəlman qəbiristanlığında baş tutacaq.