Azərbaycanlı kursant Rusiyada itkin düşüb

media-hightechnic-468x90

f928bc2561b537549fbb311441cc6d73Rusiyanın Novorossiysk şəhər polisi itkin düşmüş azərbaycanlı kursant haqqında axtarış elan edib.

Şəhər üzrə Daxili İşlər Nazirliyi İdarəsi 1992-ci il təvəllüdlü azərbaycanlı, Qazaxıstan vətəndaşı Arif Koroğluyevin itkin düşdüyünü bəyan edib.

O, F.F.Uşakov adına Akademiyanın 5-ci kursunda təhsil alan kursantdır. 25 dekabr 2014-cü ildə saat 12.17-də Arif Novorossiysk avtovağzalından Novorossiysk-Krasnodar istiqamətində yola düşüb. İndiyə kimi onun yeri məlum deyil.

Boyu 185 sm, gözləri göy, açıq-şabalıdı saçı olan bu oğlanın əynində qara rəngdə kapşonlu gödəkçə, tünd rəngli cins və qara rəngli ayaqqabı olub. Mobil telefonu olsa da, bir aydır həmin nömrəyə zəng çatmır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600