Azərbaycanlı merin qətli ilə bağlı araşdırma aparılır

media-hightechnic-468x90

69962Ukraynanın Kremençuq şəhərinin azərbaycanlı meri Oleq Babayevin ölümü ilə bağlı iş məhkəməyə göndərilib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, Poltava vilayət prokurorluğunun istintaq idarəsi araşdırmanı yekunlaşdırıb və 4 nəfərlə bağlı ittiham aktını məhkəməyə göndərilib.

“Batkivşina” partiyasından keçmiş deputat olan Oleq Babayevin 49 yaşı olub. O, 21 oktyabr 1965-ci ildə Kursk şəhərində doğulub. Onun atası əslən Gəncə şəhərindən olub. 1990-cı ilin dekabrdan Ukrayna vətəndaşı olub. O, Almaniyadan gətirilən avtomobillərin satışı, dəri emalı biznesi ilə məşğul olub. O.Babayev 2005-ci ildən “Vorskla”nın prezidenti idi. Komanda ötən mövsüm Ukrayna premyer-liqasını 8-ci yerdə başa vurmuşdu.

Xatırladaq ki, Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinin meri Oleq Babayev ötən il iyulun 26-da səhər saat 10:00-da evinin qarşısında güllələnib. 3 güllə yarası alan mer yerindəcə keçinib.

Hadisə ilə bağlı 4 nəfər – sifarişçi, təşkilatçı və 2 icraçı həbs olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600