!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı müğənni: “Deyir, toyumu söndürmə, oynaq mahnılar oxu”

!Reklam – Yazi

“Toy sahibləri bir-birindən fərqlənir. Adam var, deyir, mənim məclisimdə bayağı mahnılar oxunmasın…”.

Yenicag.az xəbər verir ki, bu fikri müğənni Vaqif Şıxəliyev efirdə səsləndirib. O, toylardan və həmin məclislərdə ifa olunan musiqilərdən danışıb.

Sənətçi toy sahiblərinin fərqli zövqlərə malik olduğunu və müğənnilərin də məcbur olub buna uyğun toyu idarə etdiklərini deyib:

“Elə toylar olub ki, əsl sənət əsərlərini ifa etmişəm və oturub maraqla dinləyiblər. Sanki konsert səhnəsidir, musiqiləri dinləyib, istirahət ediblər. Elə toylar da olur ki, gəlib öz istədikləri mahnıları sifariş edirlər. Dalbadal lirik musiqilər oxuyanda toy yiyəsi gəlib etirazını bildirib, deyib, mənim toyumu söndürmə, oynaq mahnılar oxu. Yəni hər şey toy sahiblərindən asılıdır. Hətta elə toylar olur, qabaqcadan müğənniyə deyirlər ki, filan mahnıları oxuma, istəmirəm. Elə toy sahibi də var, məclisində keyfiyyətli mahnıların oxunmasını tələb edir. Onların zövqünə uyğun oxuyuruq”.

Cəvahir

www.yenicag.az

481
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv