Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Azərbaycanlı müğənni qəza törətdi: “Ölümdən döndüm” - FOTO

Azərbaycanın məşhur müğənnisi, Faytonçu Nazim Pişyari qəza törədib. Məlumata görə, hadisə fevralın 12-də Bakının Ə.Salamzadə küçəsində baş verib.

Sənətçi idarə etdiyi “10 NF 022” dövlət nişanlı “Toyota” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək “Hyundai” markalı maşına çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, “Hyundai”a ciddi ziyan dəyib. Zəncirvari qəzaya səbəb olan N.Pişyari dərhal hadisə yerini tərk edib. Bundan sonra qəza haqqında protokol tərtib olunub.

Müğənni baş verən qəza ilə bağlı Yenicag.az-a danışıb:

“Kişinin başına iş gələr. Bir qəzadı, oldu, keçdi. İdarəetməni itirdim, maşınım qarşıdakı avtomobilə çırpıldı. Ölümdən döndüm. Polislər gəldi, sığorta idarəsi dəyən ziyanı müəyyənləşdirdi. Ümumilikdə 17 min manat ziyana düşdüm. Onun beş minini sığorta ödədi, qalanını da yavaş-yavaş özüm ödəyəcəm. Yazıblar ki, hadisə yerindən qaçmışam, niyə qaçım ki?”

Qeyd edək ki, qəza xəbərini Qafqazinfo saytı yayıb.

Cəvahir

www.yenicag.az

9595