Tanınmış müğənni Elvin Abdullayevlə həyat yoldaşı Afət tədbirlərin birində fotokameramıza tuş gəlib.
Yenicag.az-a danışan Elvin şəxsi sirlərini də açıqlayıb.
“Baxmayaraq ki, kənardan sərt adam təsiri bağışlayıram, əslində, başqa cür insanam. Amma mühafizəkaram, həyat yoldaşıma qarşı qadağalarım var. Məsələn, elə ilk gündən ona aparıcılığı qadağan etdim”.
Afət həyat yoldaşının ona qoyduğu qadağalardan danışıb:
“Üzüyü barmağıma taxanda şərt kəsdi ki, aparıcılıq etməyəcəksən. Mən də razılaşdım. Çünki aparıcılıq üçün elə də alışıb-yanmırdım. Sadəcə olaraq, uşaqlıq arzum idi, reallaşdırdım. 3 il “Xalq ulduzu” layihəsinin aparıcısı oldum. Sonra da fəaliyyətimi redaktor və rejissor kimi davam etdirdim. İndi də bu işlə məşğulam. İşimi sevirəm. Elvinin icazəsi ilə rəfiqələrimlə altı aydanbir görüşürəm. Özümü toparlayıb, ona deyirəm ki, rəfiqəmlə görüşmək istəyirəm. Hətta bir ay müddətində gedəcəyim yerləri təxirə salıram ki, Elvin rəfiqəmlə görüşməyimə razılıq versin. Məncə ailəni qorumaq üçün güzəştə getmək lazımdır. Artıq bilirəm ki, nədən xoşu gəlir, nədən yox. Geyimlərimə qadağa qoymur, çünki cərçivəni aşmadığımı bilir. Bizim evdə son sözü Elvin deyir, son qərarı da o verir”.
Cəvahir
Foto: Aytək
www.yenicag.az