Aytac Bərdəli efirdə ögey anası ilə bağlı şok açıqlamar verib.
Yenicag.az xəbər verir ki, müğənni mərhum atasının ondan canını qurtarmaq istədiyini bildirib:
“Mən indi bunları danışmaq istəmirəm, çünki öz səviyyəmə yaraşdırmıram. Anası bunları etməsəydi, biz Tuncayı da qəbul edərdik. Atamın adına xələl gətirirdi. Anasının bəzi hərəkətləri zərbə kimi yadımda qalıb. Hücum edirdi, balkonumuza daş atırdı, bunu dana bilməz o. Xəstə vaxtı özümüz baxmışıq. Atam həmişə gəlib deyirdi ki, o qadından necə qurtulum?! Öz evimizdən aparılıb dəfn olunub”.
Aytac bu sözləri ARB-nin “Səhər-səhər” verilişində deyib.
Nehru
www.yenicag.az