Azərbaycanlı narkobaron Gürcüstanda saxlanıldı
Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Rustavi şəhərində 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Şota M. saxlayıblar. O, tərkibində 440 qramdan çox heroin olan narkotik vasitələrin satışında ittiham olunur.
Şəxsi axtarış zamanı DİN əməkdaşları şübhəli şəxsdən dəlil kimi içərisində narkotiklərin satışından əldə olunmuş 85 min ABŞ dolları olan idman çantası müsadirə ediblər.
“Bundan başqa, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən 681,29 qram narkotik vasitə müsadirə olunub. Kimyəvi ekspertiziya əsasən, onun tərkibində 441,636 qram heroin olub” – DİN-nin məlumatında deyilir.
Fatkla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi (xüsusilə böyük çəkidə narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və satışı) ilə cinayət işi açılıb(oxu.az).