Azərbaycanlı qadın hakimlər Türkiyədə 3 oyun idarə edəcəklər

media-hightechnic-468x90

Azərbaycanın qadın hakimləri Türkiyədə futbol oyunlarını idarə edəcəklər.

Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA referisi Fəridə Lütfəliyeva, köməkçiləri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə Antalya və Alanya şəhərlərində təlim-məşq toplanışında olan qadınlardan ibarət milli komandaların hazırlıq xarakterli turnirinə təyinat alıblar.

Türkiyə Futbol Federasiyasının müraciəti əsasında AFFA Hakimlər Komitəsi tərəfindən qardaş ölkəyə ezam olunan hakimlər bu gün Estoniya – Kosovo, fevralın 18-də Makedoniya – Bolqarıstan, fevralın 21-də isə Estoniya – Makedoniya matçlarını idarə edəcəklər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa