“Azərbaycanlı qardaşlarımızı bütün toplantılarımıza dəvət edəcəyik”

media-hightechnic-468x90

eli_babacan“Azərbaycan iqtisadiyyatının vəziyyətini yüksək qiymətləndirirəm”. Bu sözləri İstanbulda keçirilən G20 ölkələri maliyyə nazirləri və mərkəzi bank başqanlarının toplantısında  açıqlamasında Türkiyə baş nazirinin iqtisadiyyata cavabdeh müavini Əli Babacan deyib.

media-banner_tkm

Ə. Babacan bildirib ki, G20 toplantıları çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə birgə İstanbulda keçirilən bu toplantıya Azərbaycanın maliyyə naziri də dəvət olub və tədbirdə iştirak edir: “Bundan çox məmnunuq. Azərbaycan bizə ən yaxın dost və qardaş ölkədir. Azərbaycanın iqtisadiyyatını yaxından təqib edir, iqtisadi vəziyyətini yüksək qiymətləndirirəm. 2015-ci ildə “G20”-nin ev sahibi Türkiyədir. Azərbaycanlı qardaşlarımızı bütün toplantılarımıza dəvət edəcəyik. Azərbaycanın toplantılarda iştirakı həm ikitərəfli münasibətlərimizin, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın inkişafına kömək edəcək”(apa).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05