Azərbaycanlı rejissor dünyasını dəyişdi
Azərbaycanlı rejissor Nicat Feyzullayev vəfat edib.
Mərhumla vida mərasimi bu gün saat 16:00-da keçiriləcək.
Qeyd edək ki, rəssamlar Vəcihə Səmədova və Lətif Feyzullayevin oğlu olan N. Feyzullayev “Azərbaycanfilm” kinostudiyasında çalışıb. N.Feyzullayev quruluş verdiyi “Küçələrə su səpmişəm”, “Qızıl balıq”, “Arvadım mənim, uşaqlarım mənim” bədii filmləri və bir çox sənədli film, “Mozalan” süjetləri ilə kinosevərlərin rəğbətini qazanıb.