Azərbaycanlı sürücünün idarə etdiyi yük maşını yolda qəfil alovlandı – VİDEO

media-hightechnic-468x90

Samsun-Ankara avtomobil yolunda azərbaycanlı sürücünün idarə etdiyi təhlükəli maddə daşıyan yük avtomobili hərəkətdə olarkən qəflətən alovlanıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Samsun-Ankara yolunun 13-cü kilometrliyində, Gürgenyatak yaxınlığında baş verib.

Azərbaycan vətəndaşı Cəmaləddin Məmmədovun idarə etdiyi 77 HR 176 dövlət nömrə nişanlı yük maşını hərəkətdə olarkən əyləc sistemində nasazlıq üzündən idarəetməni itirib.

Nəticədə yük maşınının qoşqusu alovlanıb. Yük maşını əvvəlcə avtomobilə çırpılıb, daha sonra yanan boyalarla dolu qutular digər avtomobillərin üzərinə aşıb.

Qəza nəticəsində bir nəfər yaralanıb. Yük maşını isə təxminən 4 kilometr yanaraq keçdiyi yolu  alova qərq edib.

Maşından tökülən yanar materiallar yol kənarını və orta zolağı alovlandırıb. Ətrafdakı meşədə də yanğın başlayıb.

Samsun Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi və Meşə Əməliyyat Müdirliyi qrupları alovu yayılmadan qısa müddətdə söndürüb.

Yanğınsöndürmə işləri tamamlandıqdan sonra yol nəqliyyatın hərəkətinə açılıb.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa