Azərbaycanlı taekvondoçu finala vəsiqə qazanıb

media-hightechnic-468x90

19b5afe0510a10bdd449175c755c96dcBu gün Bakı-2015 I Avropa Oyunlarının taekvondo yarışlarında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

media-banner_tuq

Kişilər 68 kq, qadınlar 57 kq çəki dərəcəsində mübarizəyə start verib.

Kişilər arasında 68 kq çəkidə Azərbaycan təmsilçisi Ayxan Tağızadə yarışa ilkin mərhələdən başlayıb. Sloveniyalı Yure Pantarı 11:3 hesabı ilə məğlub edən idmançı 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gəlib. 19 yaşlı idmançımız 7:5 hesabı ilə qalib gələrək, yarımfinalda iştirak hüququ qazanıb.

O, finala gedən yolda Aleksey Denisenko ilə döyüşüb və rəqibini məğlub edib – 7:5.

Qadınlar arasında 57 kq çəkidə yarışan Azərbaycan təmsilçisi Günay Ağakişiyeva isə ilk oyunda serbiyalı Draqana Qladoviçə 8:4 hesabı ilə uduzub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05