Bir qrup azərbaycanlı tələbə İsrailə təhsil almağa gedəcək.
Yenicag.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter hesabında paylaşım edib.
Ətraflı
“Böyük sevinclə azərbaycanlı tələbə Turalın vizasını imzalamağa hazırlaşıram. Onlarla azərbaycanlı tələbə ilə birlikdə o, İsraildə kənd təsərrüfatı sahəsində həyatını dəyişdirən təhsil və təlim ilinə hazırlaşır.
Təsəvvür edə bilərsinizmi ki, bu il İsraildə təhsil Azərbaycanın kənd təsərrüfatı təcrübəsinə necə təsir göstərə bilər?”, – deyə paylaşımda qeyd edilib.
www.yenicag.az