Ulduzlar Azərbaycan bayrağı çəkdilər-Fotolar

media-hightechnic-468x90

unnamed“ADDIM Gənclər Təşkilatı” Park Bulvar Avm-də Milli Bayraq günü ərəfəsində böyük layihə həyata keçirib. Layihə çərçıvəsində Azərbaycanda ilk dəfə olaraq Milli bayraq Günü mövzusunda walpaperlər (elektron divar kağızları) müsabiqəsi keçirilmişdir. Müsabiqəyə təqdim olunan walpaperlərdən 1ci yer Ruslan Ağazadə 2-ci yer Hüseyn Bağırov 3cü-yer Ruslan Məmmədov , izləyicilərin seçiminə görə Xanım Əliyeva qalıb olmuşlar. Qeyd olunan tədbirdə qaliblərin təntənəli mükafatlandırma mərasimi və “milli bayraq günü” münasibətilə estrada ulduzlarının iştirakı ilə konsert proqramı baş tutmuşdur.

Konsertdə xalq artisti Nisə Qasımova, əməkdar artistlər Məryam Süleymanova, Elza Seyidcahan, müğənnilər İlhamə Qasımova, Mirkamil Kamilov, Ayan Babakişiyeva, Yaşar Yusub, Seyran Babayev və başqaları iştirak etmişlər. Tədbirin maraqlı məqamlarında biri də həm gənclər həm ulduzların bayraq face art etməsi və gənc ADDIMçı rəssamlar Hüseyn Bağırov və Nərmin Hümbətovaya Azərbaycan bayrağı kompozisiyasını çəkməkdə yardımçı olması olub. Demək olarki bütün qonaqlar bu layihədə həvəslə iştirak ediblər.

Tədbir haqqında ….az-a məlumat verən “ADDIM”ın sədri Hüseyn Cavadzadə bunları söyləyib “ Çox şadamki belə bir ciddi layihəyə imza atdıq. Bayraq günü sonsuz sayda insanların profil fotolarında məhz bizim gənclərin hazirlayib müsabiqəyə təqdim etdikləri Bayraq walpaperlərini görmək bizim üçün inanilmaz xoş oldu. Demək ki biz istədiyimizə layiq olduq”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600