Türkiyə rəsmi statistika qurumu 2015-ci ildən başlayaraq ölkədə mənzil alan xaricilərin ölkə mənsubiyyətilə bağlı daha detallı məlumatlar yaymağa başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, həmin dövrdən indiyədək Azərbaycandan alınanan mənzillərin illər üzrə statisikası belədir:
“2015-ci ildə 815, 2016-cı ildə 610, 2017-ci ildə 942, 2018-ci ildə 1250, 2019-cu ildə 1191, 2020-ci ildə 1279, 2021-ci ildə 1517, 2022-ci ildə 1330, 2023-cü ildə 832, 2024-cü ildə (yanvar-fevral ayları) isə 112 ədəd mənzil alınıb. Təxminən 9 il ərzində Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı mənzillərin sayı 10 minə yaxındır. Alışların ən yüksək olduğu dövr 2018-2022-ci illərdir”, – deyə ekspert vurğulayıb.
www.yenicag.az