Azərbaycanlıların Avropa aeroportlarında uzun növbə gözləməsi PROBLEMİ HƏLL OLUNUR

media-hightechnic-468x90

Yeni Şengen giriş-çıxış sisteminin (EES) tətbiq olunması ilə Avropanın bir çox şəhərlərində pasport nəzarəti bölməsində müşahidə olunan uzun növbə problemi həll olunacaq.

Yenicag.az-a danışan ekspertlər EES sisteminin mahiyyəti barədə ətraflı məlumat veriblər:

Barmaq izi və üztanıma vasitəsilə həyata keçiriləcək yoxlamalardan sonra artıq ziyarətçilərin pasportlarına möhür vurulmayacaq, bunun əvəzinə barmaq izi və üz fotosunun skanı tətbiq olunacaq.

media-scaner_1200

Aeroportlar, limanlar və dəmiryol stansiyalarına yerləşdirilən xüsusi skanerlər vasitəsilə Aİ-yə qısa müddətə gələn ziyarətçilərin giriş-çıxış məlumatları avtomatik olaraq qeyd ediləcək. Bu üsul səlahiyyətlilərə viza müddəti keçən və ya ölkəyə girişinə icazə verilməyən şəxsləri dərhal müəyyən etməyə imkan verəcək. Qısamüddətli ziyarət 180 gün ərzində ən çox 90 gün Şengen bölgəsində qalmağı nəzərdə tutur:

“Məsələn, Avropada aeroportlarda Şengen və qeyri-Şengen ölkələri üçün 2 ayrı keçid mövcuddur.

Barmaq izi və üztanıma ilə keçid uzun müddətdir Şengen ölkələri üçün tətbiq olunur. Burada hər hansı sıxlıq müşahidə olunmadan insanlar rahat şəkildə keçə bilir. Digər tərəfdə isə bəzən saatlarla sıxlıq yaranır.

Bəzi böyük aeroportlarda “fast-track” kimi daimi keçidlər olur. Amma xüsusən də qeyri-Şengen vətəndaşları üçün belə sürətli keçidlər yoxdur. Buna görə ciddi növbələr müşahidə edilir”.

Barmaq izi və üztanıma prosedurlarının məxfilik siyasətinə zidd olması ilə bağlı iddiaları cavablandıran ekspertlər qeyd edirlər ki, Şengen vizası verilməsi prosesi bunları özündə ehtiv edir:

“Bu prosedur istənilən Şengen ölkəsinə viza almaq üçün tələbdir. Avropa təhlükəsizlik tədbirlərini daim nəzarətdə saxlayır. Həmin tədbirlər isə vətəndaşdan daha çox elə Avropanın özünə lazımdır. Bu baxımdan yeni təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün pilot bölgələrdə layihələr həyata keçirilir.

Məqsəd giriş-çıxışı, sərhəd təhlükəsizliyini və identifikasiyanı təmin etmək, növbələrin yaranmasını aradan qaldırılmaqdır. Süni intellektin köməyi ilə həyata keçirilən yeni qaydalar həm işçi qüvvəsinə qənaət, həm də sıxlığın qarşısını alacaq”, – deyə ekspertlər bildirir.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa