!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanlıların təmkini ermənini özündən çıxarır" - Xalq şairi

!Reklam – Yazi

“Dövlət başçımız öz çıxışında da bildirdi ki, silahlanmış, formalaşmış güclü ordumuz var və ordumuz hər şeyə qadirdir. Həqiqətən də ordumuz hər şeyə qadir olduğunu göstərdi və göstərməkdə də davam edir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında xalq şairi Vahid Əziz ermənilərin törətdiyi təxribata qarşı ordumuzun göstərdiyi şücaətdən danışarkən bildirib.

Şair belə bir həssas dönəmdə sosial mediada yazılanlarla da bağlı fikirlərini bölüşüb:

“Sosial mediada hər kəs öz düşündüyünü yazmasın. Hansısa bloger çaxnaşma, çaşqınlıq, təlaş yaradan informasiyalar yayır. Olmaz! Azərbaycan illərdir ki, müharibə şəraitində yaşayan bir dövlətdir. Son günlər cəbhədə hadisələr gərginləşib və hesab edirəm ki, daha da diqqətli olmaq lazımdır. Hərbi senzura olmalıdır və hərbi sirləri yaymaq olmaz. Bəzən yazırlar ki, filan ölkə Azərbaycana hərbi texnika ilə yardım edib. Bu cür xəbərləri yazmaq və yaymaq olmaz. Bu, düşmən təxribatına yol aça bilər. Hələ eşidən olmayıb ki, bir erməni desin, hansısa ölkə onlara hərbi silah-sursatla kömək etdi. Hərbi, dövlət sirləri ilə bağlı məlumatların yayılması qadağan olunmalı, Azərbaycan dövlətinin maraqlarının qorunması üçün bu cür informasiyalara məhdudiyyət qoyulmalıdır. İnsanlar arasında belə xəbərlərlə çaşqınlıq yaratmaq olmaz. Təmkinli olmalıyıq.

Azərbaycanlıların təmkinli davranması ermənini özündən çıxarır və xeyrimizədir. Buna görə də, dünya ictimaiyyəti bizi dəstəkləyir. Ermənilər isə xalqımıza qarşı törətdikləri təxribatla özlərini gözdən salır”.

Cəvahir

www.yenicag.az

2135
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv