Azərduz markasından ətraf mühitə töhfə: Masazır duz gölləri ətrafı tullantılardan təmizləndi

media-hightechnic-468x90

 

5 iyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə Azərduz markasının təşəbbüsü ilə ətraf mühitin mühafizəsinə yönəlmiş tədbir həyata keçirildi. Əsas məqsəd ekoloji maarifləndirməni gücləndirmək və təbii sərvətlərimizin qorunmasına real töhfə vermək idi.

Masazır qəsəbəsində yerləşən duz göllərinin ətrafı tullantılardan təmizləmək məqsədilə şirkət əməkdaşlarının iştirakı ilə sosial layihə reallaşdırılıb. Korporativ Sosial Məsuliyyət layihələrinə xüsusi həssaslıqla yanaşan “Azərduz” mütəmadi olaraq bu istiqamətdə addımlar atır. Keçən həftə adıçəkilən marka Masazır və ətraf qəsəbələrdə yaşayan həssas qrupa aid yüzlərlə ailəyə Müqəddəs Qurban bayramı münasibətilə sovqat hədiyyə etmişdi.
Qeyd edək ki, 2010-cu ildə ölkə başçısı İlham Əliyevin iştirakı ilə istismara verilmiş Azərbaycan Duz İstehsalat Birliyi Masazır və ətraf qəsəbələrdə yüzlərlə insanın məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Müəssisə tərəfindən istehsal olunan duzlar ölkəmizdə yod çatışmazlığının aradan qaldırılması üçün aparılan dövlət siyasətində mühüm yer tutur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600