“AzerGold” Özbəkistanda qızıl yatağını birgə işləyəcək
Bu gün Özbəkistan tərəfinin dəvəti ilə V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün bu ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovun iştirakı ilə iki ölkə arasında sənədlər imzalanıb.
Bu barədə Yenicag.az-a Nazirlər Kabinetindən xəbər verilib.
Sənədlər “AzerGold” QSC-nin iştirakı ilə Özbəkistanda qızıl yatağının birgə işlənilməsini, həmçinin “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Özbəkistanın aidiyyəti qurumu arasında bank sahəsində əməkdaşlığı və NEQSOL Holding şirkətinin iştirakı ilə Özbəkistanda əhəmiyyətli faydalı qazıntıların birgə işlənilməsini nəzərdə tutur.













