"Azəri-Çıraq-Günəşli" yatağında hasilat azalır - SƏBƏB

media-hightechnic-468x90

“Gələn il bp şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında qum təzahürü ilə bağlı məhdudiyyətlər səbəbindən gündəlik təxminən səkkiz min barel neft itkisi gözləyir”.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli Bakıda keçirilən Xəzər Texniki Konfransı SPE-2025-də bildirib.

Onun sözlərinə görə, AÇG-də sabit hasilatı təmin etmək, eləcə də Avropaya və digər bazarlara ixrac tədarüklərini qorumaq üçün müasir texnologiyalar və innovasiyalar lazımdır.

“Texnologiyalara tələbat çox yüksəkdir. Bu yaxınlarda bp-nin texnologiya istiqaməti üzrə rəhbəri Bakıya səfər edib. Biz ona “Səngəçal” terminalında və dənizdəki əsas çağırışlarımızı göstərdik. Bizə daha uzun üfüqi quyular lazımdır və biz hələ ki onların optimal şəkildə necə qazıla biləcəyini tam başa düşmürük. Qum isə ciddi problemdir. Gələn il məhz qumun idarəedilməsi ilə bağlı məhdudiyyətlər səbəbindən gündəlik səkkiz min barel həcmində itki proqnozlaşdırırıq”, – C.Kristofoli qeyd edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa