Azəri qızı Güneldən həbs cəzası kəsilən Tatlısəsə DƏSTƏK – FOTOLAR

Türkiyədə yaşayan müğənni Azəri qızı Günel 2 ay 15 gün müddətinə həbs cəzası verilən tannımış sənətçi İbrahim Tatlısəsə olan dəstəyini nümayiş etdirib.

Yenicag.az xəbər verir ki, Günel Tatlısəslə olan fotolarını “İnstagram” hesabında paylaşıb. O. Fotoları “Mənəvi babamdır. İmperator. Belə bir səs bir daha gəlməz” şərhi ilə təqdim edib.

Qeyd edək ki, İbo “Tatlısəs tv”nin baş meneceri Fulya Akbayı hədələdiyi və şantaj etdiyi üçün qarşı tərəf onu məhkəməyə verib.

İki gün öncə keçirilən məhkəmə prosesində hakim Fulyanı təhqir və şantaj etdiyi üçün Tatlısəsə 2 ay 15 gün müddətinə həbs cəzası verib.

Cəvahir