!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərişığ"ın maşını aşdı - 2 ölü, 2 yaralı - ADLAR/YENİLƏNDİ

!Reklam – Yazi

Quba rayonunda “Azərişıq” ASC-yə məxsus avtomobilin qəzaya uğraması nəticəsində ölən və yaralananların şəxsiyyəti məlum olub.

Hadisə nəticəsində “Azərişıq” ASC-nin əməkdaşları Zahid Qurbanov və Namiq Rüstəmov hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan digər sərnişinlər – Sumqayıt şəhər sakinləri, 1992-ci il təvəllüdlü Saleh Abdullayev və 1984-cü il təvəllüdlü İlkin Rəsulov ağır bədən xəsarətləri ilə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, Saleh Abdullayev sol bazu və sağ baldır sümüklərinin sınığı diaqnozu ilə, İlkin Rəsulov isə kəllə-beyin travması ilə xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər:

Hər iki yaralının vəziyyəti kritik kimi qiymətləndirilir.

***

Qubada “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə məxsus avtomobilin qəzaya uğraması ilə bağlı araşdırma aparılır.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, hazırda qurumun regional idarəsinin rəhbər işçiləri hadisə yerindədir: “Hadisənin hansı şəraitdə və necə baş verməsi barədə ictimaiyyətə dəqiq məlumat veriləcək”.

Xatırladaq ki, “Azərişıq” ASC-yə məxsus avtomobilin dərəyə aşması nəticəsində 2 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir. Yaralılar Quba rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

***

Xəstəxanadan verilən məlumata görə, ərazi üzrə Qonaqkənd tibb məntəqəsinin həkimləri yaralıların vəziyyətini kritik kimi qiymətləndiriblər.

Təcili Tibbi yardım briqadalarının həkimləri hər iki yaralının həyatının təhlükə altında olduğunu bildiriblər.

O da bildirilib ki, yaralılardan biri komadadır.

***

 13:16

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, rayonun Söhüb kəndində “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Quba şöbəsinin əməkdaşlarının olduğu maşın aşıb. Nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar isə ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Xəsarət alan şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.yenicag.az

4246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv