Azərbaycanda kommunal sahədə vətəndaşlara xidmət və bu xidmətin müqabilində tələb olunan vəsaitlə adekvat deyil. Aydındır ki, Azərbaycan kommunal xidmət sahəsində problemləri kifayət qədər çox olan və əhali arasında narazılıqlara zaman-zaman rəvac verilən ölkələrdəndir. Məsələnin ciddiliyi hətta parlamentdə də müzakirəyə çıxarıldı. Deputat Yevda Abramov “Azərişıq”a qarşı kəskin ittihamlar səsləndirərək vətəndaşlarda kütləvi narazılıq yaratmağa xidmət olunduğunu dedi. Deputatın sözlərinə görə, vətəndaşlara külli miqdarda borc yazılır və bu da haqlı narazılığa səbəb olur. Deputatın fikrini şəxsi fikri kimi qəbul edib yan keçmək olardı, amma məlumdur ki, millət vəkili ancaq ona edilən çoxsaylı müraciətlərdən sonra ümumiləşdirilmiş halda məsələni qaldırmasaydı.
Baba Rzayevin rəhbərlik etdiyi qurumun fəaliyyətinin yarıtmazlığı sayəsində vətəndaşlar dövlətdən narazı salınır. Qurum rəhbərlərini vilallarının sayı günbəgün artdığı bir halda vətəndaşlara da yazılan borcun miqdarı artır. Amma qurumdan olanlara gələn açıqlamalar hətta konkret şikayətlərlə də bağlı müdafiə xatakterli ümumi açıqlamalar verməklə işini bitmiş hesab edir. Baba Rzayev özü isə bütün ittihamlarla bağlı susur. Əslində bir aralar mətbuat olaraq millət vəkillərinin əksərini lal deputatlar adlandırırdıq. Çünki, onlar bütün ili susur, heç bir müzakirəyə qarışmır, mövqe sərgiləmirdilər. Amma Azərbaycan susan təkcə deputatlar deyil, nazirlər, komitə sədrləri, ASC rəhbərləri, icra başçıları da var. Qəribə bir hal yaranıb. Hansısa nazirdən yazdıqda mətbuat xidmətinin rəhbəri dərhal araya girir, nazirlə bağlı yazılanlara mövqe bildirir. Misal üşün yazırıq ki, hansısa məmur biznesmendir, villaları var, avropada boyuk biznes çəbəkəsi fəaliyyət göstərir. Mətbuat xidmətinin rəhbəri isə deyir ki, biznesmen deyil, yalandır, böhtandır. Əcəba, yoldaş mətbuat xidmətinin rəhbəri, siz nazirin mətbuat xidmətinin rəhbərisiz, yoxsa, nazirliyin rəsmi işçisi?
Mətbuat xidmətinin rəhbəri hardan bilir ki, filan nazir biznesmen deyil? O bunu nece bilə bilər? Elə isə diqqət edək… Azərbaycanda ailə biznesinin olduğu məmurlar sırasında olan Baba Rzayev elektrik məhsullarının satışından tutmuş, elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrasına qədər olan bir çox sahələr nəzarət etdiyi bildirilir. Bu sahələrdə monopoliyanı bir neçə ildir ki, əlində saxlayan Baba Rzayev həm də rəsmən səhmdardır. “Santral Elektrik” LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə, 70 faizi Baba Rzayevə, 30 faizi onun ailə üzvlərinə məxsusdur. Qeyd edək ki, “Santral Elektrik” LTD Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. O vaxt şirkətə Emin Rzayev – Baba Rzayevin qardaşı rəhbərlik edirdi. Əvvəllər “Bakelektro” ASC-nin icraçı direktoru olan Baba Rzayev yeni vəzifəsinə təyinatdan snra bu şirkətdəki vəzifəsini qardaşı Emin Rzayevə transfer edib. Məhz bu şirkət dünyaca məşhur şirkətlərin Azərbaycandakı rəsmi distrübütorudur. Söhbət “Legrand” (Fransa), “Pirelly” “GEWISS”, “KEMMR.I” (Finlandiya), “Vortice” (İtaliya), “Stanley” (ABŞ), Philips, Osram “Dewallt”, “Massive” kimi şirkətlərdən gedir. “Azərişıq” ASC –yə rəhəbrlik etdiyi ilk dönəmlərdən başlayaraq bu sahədəki tender bazarında da ancaq özü ilə hansısa formada əlaqələrin olduğu şirkətlərə üstünlük verən Baba Rzayevin bu yolla qazandığı milyonların hesabatını aparmaq çətindir. Siyahıya diqqət etmək kifayətdir:
2015 -ci ildə udulan tenderlər və onların məbləğləri…
Azərişıq ASC Mühərrik yağlarınn satın alınması-
“Aqşin-88” MMC: 7112 manat “Azərişıq” ASC yazı lövhələrinin satın alınması-
“Poliqram-ST” MMC: 7239,87 manat Azərişıq ASC:
Müxtəlif tikinti materiallarının satın alınması “SMTT-2012” MMC:
11026,37 manat Azərişıq ASC:
Müxtəlif muftaların satın alınması “STS-Universal” MMC 14325,84 manat Azərişıq ASC:
Ciddi hesabat blanklarının satın alınması “Qlobus-Print” MMC:
16756 manat Azərişıq ASC:
Müxtəlif malların satın alınması “Texnostandart” MMC
– 11944,64 manat Azərişıq ASC:
Müxtəlif markalı kabellərin satın alınması “Göknur-Bakı” Ltd
– 41711,41 manat Azərişıq ASC:
Dəftərxana mallarının satın alınması “R&K Group” MMC
-9336 manat Azərişıq ASC:
Möhür və ştampların satın alınması “F-Ticarət” MMC
– 15030 manat Azərişıq ASC
Dəftərxana mallarının satın alınması “Poliqram-ST” MMC
– 30940,11manat Azərişıq ASC:
Elektrik mallarının satın alınması “Ekonom-Bines” MMC
– 24789,15 manat Azərişıq ASC:
Endeksor lentinin staın alınması “Poliqram-ST” MMC
– 36167 manat Azərişıq ASC:
Təsərrüfat mallarının satın alınması “Poliqram-ST” MMC
-5241,11 Azərişıq ASC:
Təsərrüfat mallarının satın alınması “Poliqram-ST” MMC
-8152,11 Azərişıq ASC
Dəftərxana mallarının satın alınması “Poliqram-ST” MMC
– 7572,72 manat Azərişıq ASC:
Elektrik mallarının satın alınması “Ekonom-Biznes” MMC
36205,09 manat Azərişıq ASC:
Kart proximitinin satın alınması “Biznes-Kommers” MMC
11233,6 manat
və sairə… İlk baxışdan bu şirkətləri sadəcə tender iştirakçısı və qalibi kimi düşünmək olar, təbii ki, onların monopoliya altında olan bazara kimin vasitəsilə yol tapması barədə tərəddüdlər olmasaydı. Üstəlik eyni avadanlıqların satın alınması üçün mxtəlif tenderlərin keçirilməsi də qaranlqı məqamlardan xəbər verir. Məsələn, 1 ildə Azərişıq ASC-nin kompyuter avadanlıqlarının satın alınması üçün keçirdiyi tenderi udan “Bizness-Kommers” MMC 13131,96 ödənilib. DAha sonra başqa bir tender və yenə də kompyuter avadanlıqların satın alınması və yenə “Bizness-Kommers” MMC. Bu dəfə 13 669 manat. Üçüncü tender, yenə kompyuter avadanlıqlarının satın alınması və bu məqsədlə “Bizness-Kommers” MMC-yə ayrılan 49 144,1 manat. Siyahı isə hələ də davam edir: -Kompyuter avadanlıqlarının satın alınması: “Bizness-Kommers” MMC- 41600,9 manat -Kompyuter avadanlığının satın alınması: “Bizness-Kommers” MMC – 14685,74 manat – Kompyuter avadanlıqlarının satın alınması: “Bizness-Kommers” MMC 11886,14 manat -Kompyuter avadanlıqların satın alınması: “Bazis-12” MMC- 9835,3 manat – Kompyuter avadanlıqların satın alınması: “Bizness-Kommers” MMC 30900,05 manat – Kompyuter avadanlıqlarının satın alınması: “Biznes Kommers” MMC 5349,45 manat. Hesablamalar göstərir ki, bir ildə komputer avadanlıqlarının alınmasına 200 min manat xərclənib və tenderi ancaq bir şirkət udub. Görəsən, “Azərişıq”da 200 minlik kompüterləri tapmaq mümkündürmü və mükündürsə onlarla işləyən əməkdaşların informasiya-kommunikasiya tenologiyalarından məlumatlılıq səviyyəsi necədir? Bunun üçün əməkdaşlar kurslardan keçiblərmi? Yoxsa bunun üçün də Baba Rzayev əlavə tender elan edəcək?/Azerinfo.org
www.yenicag.az