Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Azərkosmos”a sədr müavinləri təyin edildi

“Azərkosmos” ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxdıqdan sonra ona 2 sədr müavini təyin edilib.

Yenicag.az xəbər verir ki, bunlar Dunay Bədirxanov və Rövşən Rüstəmovdur.

Xatırladaq ki, D. Qəhrəmanov 2009-cu ildə Sankt-Peterburq (Rusiya) Dövlət Universitetinin “Riyaziyyat-Mexanika” fakültəsini bitirib. O, əmək fəaliyyətinə 2011-ci il aprel ayında “Azərkosmos”un Aşağı-orbitli peyk sistemlərinin inkişafı şöbəsində mütəxəssis vəzifəsində başlayıb, 2012-2013-cü illərdə Peyk mühəndisliyi sektorunda peyk mühəndisi, 2013-2016-cı illərdə Peyk və yerüstü sistemlər departamentinin Peyk əməliyyatları qrupunun rəhbəri, 2016-2018-ci illərdə isə Peyk və yerüstü sistemlər departamentinin direktoru vəzifələrində işləyib.

R.Rüstəmov isə 2003-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını, “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurub, 2009-cu ildən iqtisadiyyat üzrə fəlsəfə doktorudur. O, əmək fəaliyyətinə 2002-ci ildə iqtisadiyyat sahəsi üzrə jurnalist kimi başlayıb, 2004-2012-ci illərdə NRYTN yanında “Azərpoçt” MMC-də Əməliyyatlar şöbəsinin rəisi, Biznesin inkişafı şöbəsinin rəis müavini, 2012-2014-ci illərdə “Azərkosmos”da korporativ idarəetmə üzrə menecer, 2014-2018-ci illərdə NRYTN yanında “Azərkosmos”un sədr müavini vəzifələrində işləyib. (Report)

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

5191
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM