“Azərkosmos”un kapitalının məbləği və səhmlərinin sayı artırılıb

media-hightechnic-468x90

Azerkosmos_bina_120213“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının məbləği və səhmlərinin sayı artırılıb.

Nazirlər Kabinetindən  verilən məlumata görə, bununla bağlı 2010-cu il 23 dekabr tarixli qərarla təsdiqlənmiş “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişiklik edilib.

Yeni qərara əsasən, cəmiyyətin nizamnamə kapitalı 40 milyon manatdan 63 610 600 manata yüksəldilib.

İndiyədək cəmiyyətin nizamnamə kapitalı nominal dəyəri 20 manat olan 2 milyon ədəd sənədsiz, adlı, adi səhmlərdən ibarət olduğu halda, yeni qərarla səhmlərin sayı 3 180 530-a çatdırılıb. (trend.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600