!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərlotereya”dan Zəfər Günü ilə bağlı maraqlı videoçarx – Harada qalmışdıq?

!Reklam – Yazi

“Azərlotereya” ASC 8 noyabr – Zəfər Gününün ikinci ildönümü münasibətilə xüsusi videoçarx hazırlayıb.

“Harada qalmışdıq?” ideyası ilə hazırlanan film qazanılan böyük Zəfərdən sonra Qarabağda canlanan həyatı özündə əks etdirir. Qəhrəman “Qaçqın şəhərciyi”ndən Ağdamda açılan ilk məktəbdə dərsə gedən müəllimdir. Film onun sinif otağına daxil olduqdan sonra sanki aradan 30 il keçməyibmiş kimi Qarabağda həyatın qaldığı yerdən davam etdiyinə işarə edən “Harada qalmışdıq?” sualı üzərində qurulur.

Müəllimin vətən torpağına gedən yolda qururla, başı dik şəkildə və mətin addımlarla irəliləməsi vətən sevgisinin böyük təzahürü kimi təqdim olunur. Şərəflə və zəfər eşqi ilə böyüyən övladlarımızla parlaq gələcəyin bizi gözlədiyi vurğulanır.

Sözügedən videoçarxı təqdim edirik:

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv