“Azərsu” “Əliyevçi” gənci işdən atıb, böyrəyini satdırır

media-hightechnic-468x90

İşdən çıxarılan Mingəçevir sakini maddi imkansızlıqdan böyrəyini satmaq qərarına gəlib.

Yeniçağ.Az xəbər verir ki, bu barədə Cebhe.info-nun bölgə müxbirinə 32 yaşlı Musayev Murad Rza oğlu özü məlumat verib. O, bu addımı atmağa səbəb kimi fəhlə işlədiyi yerdən səbəbsiz yerə çıxarılması ilə əlaqələndirib:

“”Azərsu”nun Mingəçevir şöbəsində fəhlə işləyirdim. Müəssisə rəhbərliyi məni səbəbsiz yerə işdən çıxardı. İndi qalmışam ortalıqda. Bütün elan saytlarında böhrəyimi satışa qoymağım barədə elanlar yerləşdirirəm. Əgər sata bilsəm, heç olmasa özüm üçün kiçik bir iş yeri yaradıb başımı dolandıracağam.”

Qeyd edək ki, sözügedən gənc ölkə rəhbərinin doğum günü münasibəti ilə Mingəçevirdən Bakı şəhərinə yürüş etmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600