“Azərsun ailəsi cənab prezidentimizin əsgərləridirlər”-Özəl

media-hightechnic-468x90

SAFAROV “Qarabağ” futbol komandasının Prezidentlə görüşü ilə bağlı mətbuatda yayılam məlumatlara  “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək departamentinin müdiri Afiq Səfərov reaksiya verib.

Yenicag.az-a özəl açıqlama verən Afiq Səfərovun sözlərinə görə, “Belə bir uğurlu görüşün yanlış aspektdə müzakirə olunması təbii ki, bizdə təəssüf doğurur. Öncəliklə qeyd edim ki, hörmətli Abdolbari Goozel bəyin möhtərəm cənab prezidentimizlə görüşə gələ bilməməsi, onun Azərbaycanda olmaması ilə əlaqədar idi. Və təbii ki, Abdolbari bəy də çox arzulayardı o, bu görüşdə iştirak etsin. Digər məsələ, hörmətli  Tahir bəyin görüşdə ayağa qalxmaması ilə bağlıdır. Təəssüf ki, cənab Tahir Goozalın bu hərəkəti cənab Prezidentə hörmətsizlik kimi qələmə verilir.  Başda Abdolbari bəy  başda olmaqla, Azərsun ailəsi cənab prezidentimizin əsgərləridir. Tahir bəyin oturduğu yerdən çıxış etməsinin  səbəbi isə ayağa qalxdığı zaman səsinin mikrofondan eşidilməməsi ilə əlaqədar olub. Bir daha qeyd edirik ki, Azərsun ailəsi olaraq, biz cənab prezidentin ayağını qoyduğu yerə başımızı qoyarıq. Bunu hamının bilməsi lazımdır”.

Kamran

Yenicag.az

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600