Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azov dənizi niyə qaynadı? Bu dənizin önəmi nədir?

Rusiya ilə Ukrayna arasında baş verən toqquşma və ukrayn gəmilərinin atəş altına düşməsi dünyada gözləri bir anda Azov dənizinə çevirdi.

Bütün şərhçilər əsasən hadisələrin gedişatına aid proqnozlarla gündəmdən düşməsələr də, çox az adam vardı ki, ağla gələn bu suala cavab axtarmağa çalışdı:
Azov dənizi hardadır və strateji, iqtisadi önəmi nədir?

Bilməyənlər üçün bir daha qeyd edək ki, dünya güclərini hər-hansı bir nöqtəyə yalnız iki vacib xüsusiyyət cəlb edir:

– Strateji önəm;
– İqtisadi qazanc;

O zaman hər şeydən əvvəl bölgənin geostrateji mövqeyinə baxaq.

Azov dənizi Kerç boğazı vasitəsilə Qaradənizə bağlanır. Ərazisi 42 min kv. Km təşkil edir, uzunluğu 360 km, eni 180 kmdir.

Azov dənizi “azak” sözündən götürülüb, qıpçaq dilində “aşağı torpaqlar” mənasını verir. Qədim türk torpağıdır. Osmanlı ipmeriyası oranı “Balıq dənizi” adlandırırmış. Dəniz hazırda Rusiya və Ulrayna arasında qalaan, bir növ daxili dənizdir.

Cənub-qərbində Krım yarımadası yerləşir, dərinliyi 13 metrəni keçmir, Kerç boğazının eni isə cəmisi 7 kilometrdir. Duzluluq az olduğundan, qışda üstü buz bağlayır, Don, Kalka, Kuban kimi məşhur çaylar bura tökülür. Dənizi Rusiya üçün nəfəsliyə çevirən vacib bir element Rostov limanıdır. Dünyanın ən güclü quru qoşunlarına sahib olan Rusiyanın dənizdə bu sahədə uduzduğu qeyd edilir.

Baltikdə, Qaradənizdə, Sakit okeanda donanmaya malik olan Rusiya üçün isti sulara çıxışın mənbəyi məhz Azov dənizidir. Bu Qaradənizə çıxan damarı kəssələr, avtomatik Rusiya “boğulacaq”.

Kerç boğazı

Eramızdan 6 əsr əvvəl Kerç şəhəri salınıb, boğaz da bu şəhərdən götürlümüş adla tanınır və Azov dənizi ilə Qaradənizi bir-birinə bənd edir. O qədər strateji yerdir ki, min illər boyu əldən-ələ keçib. Kumanlar, qıpçaqlar, Çingiz Xan, Osmanlı və nəhayət, Çar Rusiyası.

Xəritədən də göründüyü kimi, Azovda ya Rusiyanı, ya da Ukraynanı boğmaq niyyətindədirlər.

Bu cümləni bir az açaq:

Ukrayna hazırda Rusiya ilə müharibə aparır. Vəziyyətin bu yerə gəlib çıxmasında Ukraynanın Qərbinmi, Rusiyanınmı yanında dayanması dilemmması durur.

Hansını seçdisə, digəri tərəfdən zərbə aldı. Ölkə parçalandı. Ukraynanı indiki hakimiyyəti Qərbi, NATO-nu bura gətirməyə çalışır. Hə, bax yuxarıdakı cümlənin açarı budur: Azovda NATO donanması peyda ola bilər – di.

Azovun ikinci bir önəmi iqtisadidir.

Bol balığa malik dəniz özündə bir sərvət yaşadır. Rusiyanın ürəyinə gedən təminatçı yol burdan keçir:

Volqa – Don kanalı vasitəsilə Moskva, Volqoqrad, və Astarxana birbaşa yol açılmış, digər tərəfdən Azovtsal və Maripol kimi Ukrayna şəhərləri təsir altına alınmışdı.

İldə yarım milyon ton balıq, duz, üzümçülük, tətil, bağçılıq bölgəsinə çevirilib.

Başqa tərəfdən Rusiya Azovdakı hegemonluğu ilə Avropanın ən böyük lİman şəhəri Maripolu da iflic edə bilib.

Rusiya Taqanroq limanı ilə əllərini Türkiyə, İtaliya, Misir, Yunanıstan və Güney Koreyaya qədər uzada bilir.

2004-cü ildə iki ölkə arasında dənizin birlikdə idarə edilməsi ilə bağlı müqavilə imzalansa da, zaman-zaman Rusiya tərəfi bunu birmənalı olaraq pozub.

Əziz Əlibəyli
Beynəlxalq münasibətlər üzrə şərhçi

Loading...

www.yenicag.az

3695
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100